Banner

Yasamalda “Prius” sürücüsü zəncirvari qəza törətdi; yaralananlar var - VİDEO

Qəzalar 16 İyul 2025 13:30 Oxunub 1894
Yasamalda “Prius” sürücüsü zəncirvari qəza törətdi; yaralananlar var   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 15-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-LY-702 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşın, 77-EA-607 dövlət nömrə nişanlı “Audi” markalı və 10-OJ-124 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillərlə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Prius” sürücüsünün sürət həddini aşaraq əks istiqamətli yola çıxması olub. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə ciddi maddi zərər dəyib, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh