Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bakının Yasamal rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb və qeyd edilən ünvana təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".
***14:36
Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:
"Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Nəticədə 99-JV-101 dövlət nömrə nişanlı "Otokar" markalı sərnişin avtobusu, 90-JJ-235 dövlət nömrə nişanlı "ISUZU" markalı yük maşını, 77-BC-555 dövlət nömrə nişanlı "Geely" markalı və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişin - Fatimə Dadaşova xəsarət alıb, Faktla bağlı araşdırma aparılır".
Sözügedən hadisə yerindən görüntüləri təqdim edirik:
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












