Yasamaldakı qəzada xəsarət alanların kimliyi bilindi – TƏBİB-dən AÇIQLAMA
Dünən gecə saatlarında baş verən zəncirvari qəzada xəsarət alanların kimliyi müəyyənləşib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) Avtosfer.az-a verilən məlumata əsasən, gecə saat 01:50 radələrində Yasamal rayonu, Əsəd Əhmədov 24 ünvanından yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 3 nəfər müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1974-cü il təvəllüdlü şəxs (qadın cinsli), 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) və 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) başın, döş qəfəsinin səthi travması və bədənin bir neçə nahiyəsinin əzilməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib”.
Qurumdan bildirilib ki, xəsarət alanların hər birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Səfər