Yaşlı kişini maşınla vuran sürücü hadisə yerindən qaçdı - FOTO

Lənkəran rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında qeydə alınıb. Belə ki, Bakıdan gələn gəlinini avtovağzalda qarşılamaq üçün gedən Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, Dalan 2, ev 22 ünvanında yaşayan 78 yaşlı Müzəffər Sayaz oğlu Əliyev avtomobil tərəfindən vurulub və o, hadisə yerində dünyasını dəyişib. Piyadanı vurub, hadisə yerindən qaçan "Qrand Tiqer" markalı 90zl306 dövlət nömrə-nişanlı avtomaşının sürücüsü, Ucar rayon sakini Qasımov Kənan Vidadi oğlu saxlanılıb. M.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ














