Banner

Yekaterinburqda motosiklet mikroavtobusa çırpıldı: Sürücü yanaraq öldü - VİDEO

Qəzalar 3 Sentyabr 2023 19:00 Oxunub 728
Yekaterinburqda motosiklet mikroavtobusa çırpıldı: Sürücü yanaraq öldü    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yekaterinburqda motosiklet mikroavtobusa çırpılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində gənc motosikletçi ölüb.

Dəhşətli qəza “Dirijabl” ticarət mərkəzinin yaxınlığında baş verib.

Toqquşma sonrası motosiklet alışıb. Təcili yardım gələnə qədər yoldan keçənlər baykeri və motosikletdəki daha bir sərnişini yanğından xilas edə biliblər. Zərərçəkənlərin hər ikisi 1999-cu il təvəllüdlü gənclər olub. Onlar ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Bayker aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Yol polisindən verilən məlumata görə, qəzaya səbəb mikroavtobusun sürücüsü olub. O, əsas yolda hərəkət edən motosikletə yol verməyib.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh