Banner

Qəzaya düşən sürücü yol polisindən qaçmayıb - DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Qəzalar 21 Avqust 2023 21:25 Oxunub 5300
Qəzaya düşən sürücü yol polisindən qaçmayıb - DİN-dən AÇIQLAMA   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabadın Nizami kəndində nəqliyyat vasitəsinin kanala düşməsiylə nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə dünən səhər saatlarında qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobilin sürücüsü qəflətən idarəetməni itirərək maşını suya salıb. Qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Nəticədə kanala aşan maşın tamamilə yararsız vəziyyətdə düşüb. Həmçinin avtomobildə olan yaşlı sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 
Qeyd edək ki, sürücü polisdən qaçarkən yeni aldığı avtomobili 200 km/saat sürətlə idarə edərkən qəza törətdiyini bildirib. 

***

Daxili İşlər Nazirliyi həmin qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Avtosfer.az-a bildirib ki, qeyd edilən hadisə avqustun 19-da saat 12 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 22-ci kilometrliyində baş verib.

"Sabirabad rayon sakini S.Zeynalov idarə etdiyi "Ford" markalı nəqliyyat vasitəsilə  hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında olan su kanalına aşıb. Hadisə nəticəsində sürücünün atası T.Zeynalov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Sürücünün yol polisindən qaçarkən hadisəni törətməsi ilə bağlı iddialar isə əsassızdır".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh