Yeni aldığı “Tesla”nı işıq dirəyinə çırpdı: 2 tibb işçisi maşında yandı – FOTO - VİDEO

Tibb işçisi yeni aldığı “Tesla” ilə ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 11-də gecə saatlarında Türkiyənin Malatya şəhərində baş verib.
Belə ki, Ozan Uçarın idarə etdiyi 34-U-0047 dövlət nömrə nişanlı “Tesla” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil iki yerə bölünərək yanıb. Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb edilib.
Yanğınsöndürənlərin bütün səylərinə baxmayaraq avtomobilin 33 yaşlı sürücüsü Ozan Uçar və onun sərnişini 31 yaşlı Uğur Uğraş yanaraq ölüblər.
Yerli medianın məlumatına görə, Ozan Uçar "Tesla" markalı avtomobili bu yaxınlarda alıb. Bundan əlavə, dünyasını dəyişənlər Turqut Özal Tibb Mərkəzinin əməkdaşları olublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev



Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












