Reklam

Yerüstü keçidin altında yola qaçan piyada “Prius”a çırpıldı - Qəza, yoxsa intihar? - ANBAAN VİDEO

Qəzalar 17 Yanvar 2024 15:20 Oxunub 6550
Yerüstü keçidin altında yola qaçan piyada “Prius”a çırpıldı  - Qəza, yoxsa intihar?  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş verən yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı getdikcə artır. Belə qəzalarda adətən sürücülər günahlandırılır. Lakin qayda pozan, yolu keçərkən diqqətsiz davranan piyadalar da kifayət qədərdir. Hətta ərazidə keçid olsa da piyada diqqəti əldən buraxmamalı və hərəkətdə olan avtomobil dayandıqdan sonra yolu keçməlidir. Bəzi piyadalar isə keçiddən istifadə etmədən yola qaçaraq nəqliyyat vasitələrinin üzərinə şığıyır. Nəticədə həm özünün, həm də sürücünün həyatını məhv edir. Bu istiqamətdə müxtəlif maarifləndirici və xəbərdaredici tədbirlər həyata keçirilsə də yenə də əməlindən dönməyən piyadalar var. 
İşıqlandırdığımız problemlə bağlı paytaxtın Heydər Əliyev prospekti - Hava limanı yolunda qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə keçən il dekabrın 12-si axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yola qaçan piyadanı vurub. Belə ki, piyada ərazidəki yerüstü keçiddən istifadə etmədən yolu keçməyə cəhd edib. Bu zaman o, yüksək zərbəylə qarşı tərəfdən gələn avtomobilə çırpılıb. Sürücü manevr edərək təhlükədən yayınmağa çalışsa da qəza qaçılmaz olub. İdarəetməni itirən sürücü daha sonra hərəkətdə olan avtomobilə dəyərək yenidən qəza törədib. Nəticədə məsuliyyətsiz piyada öz ölümünə və eyni anda iki qəzanın baş verməsinə səbəb olub. 
Qeyd edək ki, piyadanın dayanaraq anidən yola qaçması intihara cəhd kimi də qiymətləndirilə bilər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh