Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB

Yevlaxda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində həyatını itirənlər 1996-cı il təvəllüdlü Emil Qurban oğlu Paşayev və 2002-ci il təvəllüdlü Oruc Aydın oğlu Məmmədovdur.
Ölənlərin hər ikisinin avtomobil ustası olduğu bildirilir./oxu.az
***27 oktyabr, 16:00
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraoğlan kəndindən keçən yolda qeydə alınıb.
“BMW” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Qəza nəticəsində ağır xəsarətlər alan iki kişi Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları olan hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO












