Yevlaxda iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

Axşam saatlarında Xaldan-Mingəçevir avtomobil yolunun 7-ci kilometrliyində, rayonun Hacıselli kəndi yaxınlığında “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində yaralanan iki nəfərdən birinin şəxsiyyəti məlum olub. Bu, “VAZ-2106” markalı maşının sürücüsü, 1965-ci il təvəllüdlü Yevlax rayon sakini Rüstəmov Elçin Famil oğludur. O, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə xəsarət alan isə 1975-ci il təvəllüdlü Nizami Əzizov ad-soyadlı şəxsdir. Onun ayaqları qırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
***
Yevlax rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Xaldan-Mingəçevir yolunda qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hər 3 yaralı xəstəxanaya aparılıb.
"Report"
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












