Banner

Yevlaxda “Mercedes”lə “VAZ” toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO

Qəzalar 27 Noyabr 2025 12:30 Oxunub 874
Yevlaxda “Mercedes”lə “VAZ” toqquşdu, bir nəfər xəsarət aldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza noyabrın 26-da saat 19:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonunun 120-ci kilometrliyində qeydə alınıb: “Belə ki, 10-EC-690 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, 56-BC-799 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Yusif adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh