Yevlaxda qəza - 4 nəfər yaralandı - YENİLƏNİB

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərə zəruri tibbi xidmət göstərilib:
"Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dekabr ayının 7-si saat 14:00-da dörd nəfər (üç qadın, bir kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
***09:18
Yevlaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mitsubishi” markalı minik maşını idarə etmədən çıxaraq yol kənarında olan dəmirlə toqquşub.
Qəza zamanı 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramova müxtəlif dərəcəli xəsarətlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı












