Yevlaxda “Renault” beton səddə çırpıldı, qadın sərnişin yaralandı - VİDEO
Qəzalar
15 May 2025 13:00
Oxunub 1412

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 14-də səhər saatlarında rayonunun Aşağı Qarxun kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Xudakərim Sədriyevin idarə etdiyi 99-RV-574 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobil idarəetməni çıxaraq beton səddə çırpılıb. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, maşında olan sərnişin Z.Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














