Yevlaxda sərxoş sürücü maşını maneəyə çırpdı: 2 ağır yaralı

Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub. Hazırda onların vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Yol kənarındakı maneəyə çırpılan avtomobil isə tamamilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
*** 17:12
Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb. Hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Vəziyyətlərinin ağır olduğu bildirilən hər iki yaralının kimlikləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












