Yevlaxda üç avtomobil toqquşub, 5 nəfər ağır xəsarət alıb

Mingəçevir-Xaldan avtomobil yolunda zəncirvari nəqliyyat qəzası baş verib, ağır xəsarət alanlar var.Hadisə bu gün səhər saatlarında Yevlax rayonunun Əkşəm kəndi ərazisində qeydə alınıb. Yevlax sakini Eldar Mustafayevə məxsus "Niva", Şəki sakini Rüfət Ömərova məxsus "Toyota Corolla" markalı minik avtomobilləri Bakı-Mingəçevir marşurutu üzrə hərəkət edən "Mersedes” markalı mikroavtobusla toqquşub.
Hadisə zamanı Şəki sakinləri-1958-ci il təvəllüdlü Ömərova Seyram Mirzə qızı, 1974-cü il təvəllüdlü Ömərov Nicat Mirzə oğlu, 1958-ci il təvəllüdlü İsmaylova Gültəkin Atakişi qızı, 1977-ci il təvəllüdlü Ömərova Vəcihə Məcid qızı, Yevlax sakini 1952-ci il təvəllüdlü Mustafayev Eldar Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












