Yol ayrıcında qəza baş verdi; svetofor və digər qurğular yararsız hala düşdü - VİDEO

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza zamanı nəqliyyat işıqforu və idarəetmə qutusu sıradan çıxıb:
"Bu səbəbdən kəsişmədə olan digər işıqforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni işıqforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar işıqfor vasitəsilə təmin ediləcək".
Qeyd olunub ki, işıqforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda qeydə alınıb:
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar svetofor işləyir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar "Yol hərəkəti haqqında" Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər".
Qazinin öldüyü hadisə ilə bağlı - Yeni detallar
Yuxulu sürücü maşını yük avtomobilinə çırpdı - DYP-dən VİDEO
Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü
Qəzada ölən Orxanın atası keçən ay vəfat edibmiş - FOTO
Qadın sürücü yeniyetmə velosipetçini vurub xəstəxanalıq etdi - VİDEO
Həmin piyadanı vuran şəxs futbolçu imiş - FOTO - VİDEO
Avtomobil qəzasına görə matəm elan edildi - VİDEO
Yasamaldakı qəzada sürücü öldü - FOTO - VİDEO
Sabunçuda ağır qəza: Sərnişin avtobusu “Hyundai”la toqquşdu - VİDEO
Bakıda “Chevrolet” işıq dirəyinə çırpıldı, sürücüsü yaralandı - VİDEO
Lerikdə yük maşını dərəyə aşdı, ÖLƏN VAR - FOTO








