"Yol kabusu" 71 uşağın həyatına son qoyub – Ötən il

2015-ci ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 71 uşaq dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, həmin uşaqların 24-ü 7 yaşınadək, 46 nəfəri 7-16 yaşlı, bir nəfər isə 17 yaşlı olub: “Bu hallar valideynlə birgə yol hərəkəti qaydalarının pozulması, yaxud uşağın təkbaşına küçəyə buraxılması nəticəsində olub. Burada da söhbət valideyn məsuliyyətsizliyindən gedir”.
E.Səfərov bildirib ki, son illər ərzində Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericilikdə bir çox yeniliklər edilib. Bu dəyişikliklər ayrı-ayrı sahələrdə, xüsusilə narkotik vasitələrin, alkoqol içkilərin istifadəsində valideynlərin məsuliyyətinin müəyyən edilməsi və məsuliyyət növünün artırılmasını nəzərdə tutub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












