Yol kənarında dayanan 15 yaşlı oğlanı vurub öldürdü - VİDEO

Şəki ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəkinin Vərəzət kənd sakini 1994-cü il təvəllüdlü İbrahimov Rizvan Etibar oğlu idarə etdiyi "10 XJ 885" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində olarkən, qəfildən idarəetməni itirib. Bu zaman idarəetmədən çıxan avtomobil yol kənarında yerləşən evlərdən birinin hasarına çırpılıb. Daha sonra isə yol kənarındakı piyada 2001-ci il təvəllüdlü Mustafayev Təmraz Mahir oğlunu vurub. Zərbənin təsirindən hasarın digər tərəfinə düşən piyada elə yerindəcə dünyasını dəyişib. Sürücü ilə yanaşı, avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Həbillayev Valeh Mövlan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər ilk olaraq kənd tibb məntəqəsinə çatdırılıb. Daha sonra isə xəsarət alanlar Şəki MRX-ya çatdırılıb.
Hadisənin hansı səbəblərdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.
Hazırda faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












