Yol kənarında park olunmuş maşın partladı: 11 ölü, 36 yaralı – FOTO + VİDEO

İstanbulda terror aktı törədilib. Avtosfer.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bəyazitdə polis avtobusuna istiqamətlənmiş hücum həyata keçirilib. Məlumata görə, polis avtobusu yolu keçərkən yol kənarında park olunmuş maşın partladılıb. Terror aktı nəticəsində yaralananlar var. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.
11:20
***
İstanbulda baş verəb terror aktı nəticəsində ölənlərin də olduğu bildirilir. Avtosfer.az yerli KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində ətrafdakı iş yerləri və bəzi maşınlar zərər görüb. Polis, zədə meydana gəlmiş iş yerlərini boşaldır. Məlumata görə, polis maşını yolu keçərkən yol kənarında parklanmış bomba yüklü maşın uzaqdan idarəetmə ilə partladılıb.
10:00
***
İstanbul valisi Vasip Şahin terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb. Avtosfer.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul valisi partlayış nəticəsində 11 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, ölənlərdən 7-si polis, 4-ü isə mülki vətəndaşdır. Hadisə nəticəsində 36 nəfər yaralanıb, onlardan 3-ünün vəziyyəti ağırdır.







Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












