Yol polisinə tabe olmayan "Niva" sürücüsü maşından düşüb qaçdı - VİDEO
Qəzalar
24 Oktyabr 2021 10:06
Oxunub 4996

Bakıda sürücü ilə yol polisi arasında baş verən hadisənin şahidləri həmin anları videoya çəkib. Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində hərəkət edən "Niva" sürücüsü yol polisinin "saxla" əmrinə tabe olmayaraq qaçmağa çalışıb. Lakin yolda yaranmış sıxlığa görə aradan çıxa bilmədiyini görən sürücü avtomobildən düşərək parka tərəf qaçıb. Yol polisləri həmin sürücünü tutmaq üçün arxasınca qaçıblar.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













