Yol qəzada xəsarət alan azyaşlı ölüb - Lənkəranda

Lənkəranda ötən ay baş verən qəzada xəsarət alan azyaşlı ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ağır xəsarət almış 2003-cü il təvəllüdlü Facir Mahir oğlu Ağayev bu gecə Lənkəran rayon Mərkəzi Xəstəxanasında keçinib. Qeyd edək ki, avqustun 16-da Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes” və Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomaşın toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü və sərnişini, 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində ölüb. “Mercedes”in sürücüsü ilə sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova və “VAZ”-ın sərnişinləri Elməddin Əlizadə, Facir Ağayev xəsarət alıblar.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












