Yol qəzaları can almağa davam edir - VİDEO

Dəfələrdə yollarda baş verən faciəvi qəzalardan xəbər verir, sürücüləri daha ehtiyatlı və məsuliyyətli olmağa çağırırıq. Ancaq nəticə dəyişmir. Təəssüf ki, bu gün də qəza xəbərlərimiz var. Bakıda, Xaçmazda və Bərdədə baş vermiş qəzalarda 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Minik avtomobilinin aşması 2 nəfərin ölümü ilə nəticələnib. Ağır qəza Xaçmazda baş verib.Qubanın Bağbanlı kənd sakini,29 yaşlı Zaur Mərdanov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.Avtomobildə olan sərnişinlər,Qubanın Zərdabi kənd sakinləri-31 yaşlı Rövşən Babayev və 29 yaşlı Yusif Yusifov hadisə yerində ölüblər.Sürücü və digər sərnişin,25 yaşlı Coşqun Şabanov isə müxtəlif xəsarətlərlə Xaçmaz Rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub
Bərdənin Qazqurdalı kəndində baş verən qəzada isə piyada dünyasını dəyişib.Çingiz Cəfərov idarə etdiyi minik maşını ilə gecə saatlarında yolu keçmək istəyən kənd sakini,60 yaşlı Sona Hüseynovanı vurub.Qadın hadisə yerindəcə ölüb.Sürücü isə qəzadan sonra qaçsa da,tutularaq istintaqa təhvil verilib.
Bərdədə baş verən digər qəzada isə 8 nəfər xəsarət alıb.Rayonun Gərənə kəndi ərazisində sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub.Mikroavtobusda olan 16 nəfər sərnişindən 8-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya yerləşdiriliblər.Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Ötən gecə Bakının Nərimanov rayonunda da yol qəzası baş verib.Avtomobillə Həsən Əliyev küçəsində hərəkətdə olan 34 yaşlı Cavid Nəzərov yolu keçmək istəyən iki piyadanı vurub.Piyada keçidində vurulan -48 yaşlı Sənubər Hacıyeva və xalası qızı 48 yaşlı Raifə İsayeva olub.Onlar qohumlarının evinə bayramlaşmağa gedirmişlər.Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Dərhal əməliyyat olunan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilib.Qəzanı törədən sürücü Cavid Nəzərov sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.Onun sərxoş olmadığı məlum olub.İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.
Parklanma yerindən çıxan yük maşınının sürücüsü “BYD”ni vurdu - VİDEO
Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB
Sumqayıtda 3 avtomobil toqquşdu, xəsarət alanlar var - VİDEO
Naxçıvanda qəza: Ölən var
Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qaxda ağır qəza: Yük avtomobili ağaca çırpıldı - VİDEO
Qusarda AĞIR QƏZA: Yük avtomobili aşdı, sürücü həyatını itirdi - VİDEO
Velosipedlə yola çıxan azyaşlı avtomobillə toqquşdu: Sürücü onu ölümdən xilas etdi - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Ürək tutmasından öldü - Qəzaya səbəb oldu
Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO










