Yol qəzaları can almağa davam edir - VİDEO

Zaqatalada minik avtomobili mikroavtobusla toqquşub. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Gəncədə də ölümlə nəticələnən qəza baş verib. Paytaxtda qeydə alınan zəncirvari qəzada isə 5 nəfər xəsarət alıb. Mikroavtobusun və minik avtomobili ilə toqquşması bir nəfərin ölümü ilə nəticələnib. Ağır qəza Zaqatalanın Aşağı Tala kəndində baş verib.Kənd sakini, 21 yaşlı İbrahim İbrahimli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən,rayon sakini Nəriman Şabanovun sükan arxasında olduğu mikroavtobusla toqquşub.Minik avtomobilində olan sərnişin,24 yaşlı Feyzullah Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Sürücü İbrahim İbrahimli isə müxtəlif bədən xəsartələri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü isə xəsarət almayıb.
Gəncənin Qızılqaya qəsəbəsində baş verən qəzada da bir nəfər dünyasını dəyişib. 24 yaşlı Elmar Rzayev idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq maneəyə çırpılıb.Sürücü və sərnişini,22 yaşlı Azər Sadıqov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.Həkimlərin səyinə baxmayaraq Azər Sadıqovun həyatını xilas etmək mümkün olmayıb.Sürücü Elmar Rzayevin vəziyyəti isə orta-ağırdır.
Ötən gecə ötən Bakıda da qəza baş verib. Aeroport yolunda 3 minik avtomobili toqquşub və qəzadan sonra təhlükəsizlik məqsədi ilə yolun bir hissəsi bağlanılıb.Xəsarət alan 5 nəfər təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar.Xəstəxanadan verilən məlumata görə,yaralılara tibbi yardım göstərilib və onların həyatı üçün təhlükə yoxdur.İlkin ehtimala görə,aeroport yolunun Bülbülə kəndinə dönən hissəsinə maşın yağı dağılıb və nəqliyyat vasitələri də sürüşərək zəncirvari qəza törədib.
Bərdədə asfalta dağılan yağ qəzaya səbəb oldu - VİDEO
Qəzada ölən 17 yaşlı Yusifin FOTOLARI
Gəncə-Daşkəsən yolunda qəza olub - Xəsarət alanlar var - FOTOLAR
Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil çuxura düşdü - VİDEO
Meksikada turistləri daşıyan avtobus aşdı - 11 ölü, 31 yaralı
Balakəndə iki avtomobil toqquşdu - Ölənlər var
Aeroport yolunda QƏZA: HƏRƏKƏT DAYANDI - FOTO
Gəncədə kuryer faciəli qəzada həyatını itirdi - YENİLƏNİB
Heydər Əliyev prospektində ağır yol qəzası - VİDEO
Azyaşlını vuran "06" aşdı - Tovuzda ağır yol qəzası - FOTO
Paytaxtda zəncirvari qəza – VİDEO










