Yol qəzaları qaz və elektrik verilişində problem yaradıb

Lənkəranda baş verən iki yol-nəqliyyat qəzası şəhərin bir hissəsinin qazsız və işıqsız qalmasına səbəb olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, birinci hadisə şəhərin Nəriman Nərimanov və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “VAZ-2106” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, “NİVA” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və 10 kilovoltluq elektrik xəttini qırıb. Nəticədə şəhərin mərkəzi ərazisini enerji ilə təmin edən 9-cu xətt üzərində yerləşən yaşayış binaları işıqsız qalıb. Hadisə yerinə cəlb olunmuş qəza briqadasının səyləri ilə problem bir saatdan sonra həllini tapıb.
Digər qəza hadisəsi isə şəhərin Zərifə Əliyeva küçəsində baş verib. Sürücüsünün kimliyi hələlik məlum olmayan "Opel" markalı, 42 BU 349 dövlət nömrə nişanlı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yolun kənarındakı orta təzyiqli qaz borusuna çırpılaraq aşıb. Güclü zərbə nəticəsində sıradan çıxmış boru kəmərindən ətrafa qaz sızıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran Regional Qaz İstismar İdarəsinin qəza briqadaları cəlb olunub. Qəza zamanı minik avtomobilinin sürücüsü ciddi xəsarət almasa da, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Qəza baş verən ərazidə qazın verilişi isə müəyyən müddətdən sonra bərpa olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












