Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında xəsarət alan 3 nəfər ölüb. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Tovuz rayonunun Düz Cırdaxan kəndində rayon sakini Elçin Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada martın 7-də orada ölüb. Martın 7-də saat 07.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi “Mercedes"” markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Martın 7-də saat 23.00 radələrində isə Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Faktlarla bağlı müvafiq olaraq Tovuz Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...










