Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, sürət həddi aşağı salınması yarımçıq addımdır:
"Qəzaların olması bütün dünya ölkələrində gzölənilən bir hadisədir. Əsas məsələ bundan sonra hansı tədbirlərin görülməsidir. Səhər daxilində bəzi küçələrdə sürət həddi aşağı salındı. Bu yaxşı haldır, amma yarımçıqdır. Dünyanın bir çox ölkələrində Vision zero" (yollarda ölüm hallarına sıfır dözümlülük siyasəti) konsepsiyası tətbiq olunur.
Bu konsepsiyada insan səhv edə bilər, əsas odur ki, ölüm halı baş verməsin. Piyada adacıqlarının qurulması, səki səviyyəsinə qaldırılması, keçidlərin təşkili, svetofor idarəsi, bu elementlər çox vacibdir. Bu zaman sürücü istəsə belə sürətli sürə bilməyəcək.
Piyada adacıqlarını qurulsa, zolaqların ensizləşdirilirsə sürücü də daha diqqətli olar. Piyada adacıqları tipli keçidlər şəhərdə daha çox olmalıdır. Azərbaycan əhalisinin 37 faizi azmavillidir. Yənİ 3.8 milyon insan azmobilli insan koteqoriyasına daxildir. 600 min ölkədə əlil olnan şəxs var. Ona görə də bu növ həllə ehtiyac var.
Qəzalar isə sürətli sürməyə stimullaşdıran küçələrdən daha çox formalaşır. Qəzaların səbələri müxtəlif ola bilər: hava şəraitindən, ehtiyatsızlıqdan və s. Əsas qəzanın nəticəsidir. Qəzalar insan ölümü ilə nəticələnirsə, bu artıq ciddi bir siqnaldır. Buna görə də dünyanın bir çox ölkələrində tətbiq edilən sistemə keçmək lazımdır".
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










