Yol qəzası törədən sürücü hadisə yerindən qaçıb - Xaçmazda

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndinin ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini İlkin Malik oğlu Həsənov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirib və avtomobil Qımılqışlaq kənd sakini 1960-cı il təvəllüdlü Səməndər Sədulla oğlu Bağırovun idarə etdiyi, 38-BD-178 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.
Ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan "VAZ-2106"-nın içərisindən sürücü çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Bədənin müxtəlif nahiyələrindən xəsarətlər alan S.Bağırovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən "Hyundai" markalı avtomobilin sürücüsü İ.Həsənov avtomobilin dövlət nömrə nişanlarını çıxarıb və hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












