Yol qəzası yanğına səbəb oldu - Lənkəranda

Lənkəran rayonununda iki avtomobilin toqquşması yanğına səbəb olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cil kəndi ərazisində baş verib.
Belə ki, 99-EA-142 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük maşını, 10-EE-198 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza zamanı ərazidən keçən qaz boru xətti zədələnib və yanğın baş verib.
Nəticədə "Ford" markalı avtomobil yanıb. Yanğın ərazidə telekommunikasiya qovşağının şkafını və rabitə xətlərini sıradan çıxarıb. Daha sonra genişlənən yanğın həmin kəndin sakini 1978-ci il təvəllüdlü Ağayar Alı oğlu Babayevə məxsus 2 mərtəbəli 4 otaqlı evin tavan hissəsinə keçib. Hadisə yerinə Lənkəran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.
Hazırda Cil kəndində qaz, işıq və rabitə xətti kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












