Yol qəzasında 3 qadın, 1 uşaq ölüb

Rusiyanın Krasnoyarsk vilayətinin Yeysk rayonunda baş vermiş yol qəzası nəticəsində 4 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nin “interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxil İşlər Nazirliyinin regional bölməsinin nümayəndəsi məlumat verib. Qəza mayın 1-də, saat 11:30 radələrində Yeysk-Yasenskaya-Kopanskaya-Novominskaya avtomagistralının 20-ci kilometrliyində baş verib. “Opel Zafira” markalı avtomobil idarəetməni itirəndən yuvarlanaraq xəndəyə düşüb. Yol-nəqliyyat hadisəsi nəticəsində 11 yaşlı uşaq, 69 və 48 yaşlarında olan iki qadın yerindəcə ölüb. Avtomobilin sürücüsü 34 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Qəza zamanı 4 yaşlı oğlanın da kəllə-beyin travması aldığı bildirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












