Yol qəzasında 76 yaşlı kişi öldü - Balakəndə

Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi “VAZ 2106” markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi “Mercedes” markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və “Mercedes”in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə, nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO












