Yol qəzasında bir ailənin 3 üzvü xəsarət aldı - Oğuzda

Oğuzda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə fevralın 23-ü axşam saat 21 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Əslən Xankəndindən olan və hazırda Zaqatala şəhərində məskunlaşan məcburi köçkün Saqif Vaqif oğlu Allahverdiyev iradə etdiyi “Opel” markalı, 10 LS 120 dövlət nömrə nişanlı avtomobil qəzaya düşüb. Nəticədə avtomobildə olan sərnişinlər, sürücünün atası - 1958-ci il təvəllüdlü Vaqif Misir oğlu Allahverdiyev, həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əfruz Camal qızı Allahverdiyeva və ailənin digər üzvü, 1951-ci il təvəllüdlü Leyli Cəbrayıl qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. V.Allahverdiyev və Ə.Allahverdiyeva Oğuz Mərkəzi Rayon Xəstəxanasına, L.Allahverdiyava isə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Oğuz MRX-dan verilən məlumata görə, xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir. Şəki MRX-dan isə bildirilib ki, L. Alllahverdiyevaya ağır qapalı kəllə-beyin travması alıb. Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












