Yol qəzasında komaya düşən qız dünyasını dəyişdi - FOTO+VİDEO

Sentyabrın 5-də Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı komaya düşən 4 nəfərdən biri dünyasını dəyişib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı müalicə aldığı 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq dünyasını dəyişib. Qeyd edək ki, qəza Kürdəxanı qəsəbəsində baş verib. "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşınına arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. Daha 4 nəfər isə yaralanaraq 1-ci dərəcəli koma vəziyyətinə düşüb. Hazırda yaralılardan 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlunun da vəziyyəti olduqca ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












