Yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - Sabirabadda

Sabirabadda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Abdullayev Vüsal Tapdıq oğlu yerləşdirildiyi Salyan rayon xəstəxanasında dünyasını dəyişib.
**
Sabirabadda baş verən avtoqəzada ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb. Saat 01.30 radələrində Sabirabad rayonunun Sarxanbəyli kəndində motosikletlə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan rayon xəstəxanasına yerləşdirilən Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Abdullayev Vüsal Tapdıq oğlunun ayağının amputasiya ediləcəyi söylənilir. Qəza nəticəsində xəsarət alan Sarxanbəyli kənd sakinləri, 1977-ci il təvəllüdlü Əliyev Ramin Əmrah oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, 1986-cı il təvəllüdlü Əliyev Rəşad Taqət oğlu (sol bud sümüyünün əzilməsi) və 1987-ci il təvəllüdlü Məmmədov Tural Kamil oğlu (çanağın əzilməsi) isə travmatologiya şöbəsinə yerləşdiriliblər. Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralılardan birinə kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










