Yol terroru davam edir: 3 ölü, 23 yaralı

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 23-də saat 16 radələrində Ucar rayonunun Türkəçi kəndində rayon sakini Zakir Bəkirov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən Soltanəli İbrahimov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Ucar RPŞ tərəfindən araşdırma aparılır.
Bundan başqa iyunun 23-də saat 23 radələrində Cəlilabad rayonunun Qədirli kəndində rayon sakinləri Mais Əzizovun idarə etdiyi “VAZ-2106” və Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Əzizov və sərnişinləri - bacısı Rəsmiyyə, Mahirə Cəfərova və Məlahət Əzizova xəstəxanaya yerləşdirilib, M.Əzizova orada ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
*****
11:08
Son bir gün ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, iyunun 13-də ölkədə ümumilikdə 13 yol qəzası qeydə alınıb. Nəticədə həyatını itirən 3 nəfərdən başda daha 23 nəfər də yaralanıb. Ölümlə nəticələnən yol qəzaları Ucar və Cəlilabadda baş verib. Ucarda "VAZ 2107"nin ağaca çırpılması 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanmasına səbəb olub. Cəlilabadda baş vermiş toqquşmada isə 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












