Yola dağılmış maşın yağı qəzaya səbəb oldu

Bakının Sabunçu rayonunda zəncirvari qəza baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.
Baş verən zəncirvari qəzada "Chevrolet", "Mercedes" və "Jiquli" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları ilə yanaşı Təcili Yardım briqadaları cəlb olunub. Aeroport yolunun bir hissəsi təhlükəsizlik məqsədilə bağlanıb. Daha sonra təcili yardım maşınları yaralıları hadisə yerindən götürərək yaxınlıqdakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən Hüseynova Leyla, Hüseynova Nərgiz, Qocayev Bəxtiyar, Orucov Zamin və Şirinov Fuada dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Aeroport yolunun Bülbülə qəsəbəsinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












