Yola diqqətsiz girən “BYD” sürücüsünün manevri baha başa gəldi - ANBAAN VİDEO

Qəzalar 12 Fevral 2026 15:00
Yola diqqətsiz girən “BYD” sürücüsünün manevri baha başa gəldi   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 3-də saat 09:01 radələrində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, həyət ərazisindən çıxan “BYD” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yola daxil olub. Bu zaman o, əsas yoldan gələn - görüntünü qeydə alan avtomobili vurub

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, həyət ərazisindən (yaşayış binalarının həyəti, məhəllədaxili yollar, dayanacaq yerləri, yanacaqdoldurma məntəqələri və sair) və digər bitişik ərazilərdən yola çıxan sürücü əsas yolda hərəkətdə olan bütün nəqliyyat vasitələrinə yol verməlidir.

Yolun təhlükəsiz olduğuna əmin olduqdan sonra, digər hərəkət iştirakçılarına maneə yaratmadan hərəkət etməlidir.

Təbii ki, bu qaydanın pozulması inzibati məsuliyyətə və yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Nərmin

Oxunub 378
ŞƏRH YAZ
Ad

E-mail

Şərh