Yola qaçaraq keçən piyadanı keçiddə maşın vurdu - DİN-dən REAL VİDEO

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Göy məscidin qarşısı, mərkəz istiqamətində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
NİİM-in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində piyadaların çox hissəsi keçidlərdən istifadə edir:
"Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, belə hallarda piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır".
Bakıda ara məsafəsi saxlamayan sürücü qəza törətdi: 3 maşın əzildi - VİDEO
Yağış Masallıda ağır yol qəzasına səbəb oldu: Ölən və yaralananlar var - VİDEO
Avtomobillə yeniyetməni vuran sürücüsü hadisə yerindən qaçdı - Polis onu axtarır
Lənkəranda "06" uşağı vurdu - Vəziyyəti ağırdır
Gəncədə ağaca çırpılan “Renault" aşdı - Bir ailənin 4 üzvü yaralandı - FOTOLAR
Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı
Ələt–Astara magistralında ağır yol qəzası - 4 nəfər xəsarət aldı - FOTOLAR
Gübrə daşıyan yük maşını "Mercedes”in üzərinə aşdı - VİDEO
Sərt döngədə yoldan çıxan maşın su kanalına aşdı; 2 nəfər ölüb, 4 yaralı - VİDEO
Tərtərdə AĞIR QƏZA: iki qardaş ÖLDÜ - YENİLƏNİB
Şəmkirdə yük və minik maşını toqquşdu - FOTO










