Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu; maşını yararsız hala düşdü - VİDEO
Qəzalar
12 May 2025 18:00
Oxunub 502

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 11-də səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan “KIA Cerato” markalı avtomobil, 77-QH-517 dövlət nömrə nişanlı “Zeekr” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KIA” sürücüsünün yol nişanına əhəmiyyət vermədən yolayrıcına girməsi olub. Nəticədə o, hərəkətdə olan avtomobilə çırpılıb. Hadisə zamanı “KIA”ya maddi ziyan dəyib, digər avtomobil cüzi zədələnib. Sürücülər arasında xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














