Banner

Yolayrıcında qayda pozan sürücülər qəza törətdi; piyada öldü - DYP-dən REAL VİDEO

Qəzalar 7 Oktyabr 2025 12:14 Oxunub 1696
Yolayrıcında qayda pozan sürücülər qəza törətdi; piyada öldü - DYP-dən REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 6-da saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Baş DYP İdarəsindən məlumat verilib. Bildirilib ki, ilkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.
Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh