Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu - VİDEO

Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib ki, hadisə ötən gün saat 17:00-da baş verib.
"Belə ki, Gəndov-Yalama avtomobil yolunun Qusarçay kəndi ərazisindən keçən 41-ci kilometrliyində Xaçmaz rayon sakini Nəcməddin Hətəm oğlu Başaratovun idarə etdiyi VAZ-2199 markalı, 27-BM-052 dövlət qeydiyyat nişanlı avtomobillə Kəlbəcər rayon sakini Rəşad Nazim oğlu Qəhrəmanovun idarə etdiyi VAZ-2107 markalı, 32-BD-269 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Qəzada xəsarət alan olmayıb.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb VAZ-2199 markalı avtomobilin sürücüsü Nəcməddin Başaratovun yolayrıcını keçmə qaydalarını pozması olub. Faktla bağlı araşdırma aparılır".
(oxu.az)
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










