Banner

Ağsuda sürücü "Mercedes"i divara çırpdı; arvadı öldü - VİDEO

Qəzalar 8 Yanvar 2026 11:11
Ağsuda sürücü "Mercedes"i divara çırpdı; arvadı öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.

Məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı həyatını itirib.

Hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.

Oxunub 492
ŞƏRH YAZ
Ad

E-mail

Şərh