Neftçalada yoldan çıxan “06” “Mercedes”ə çırpıldı, özü aşdı - VİDEO
Qəzalar
9 Sentyabr 2022 22:38
Oxunub 1166

Neftçala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Vaz 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. İdarəetməni itirən sürücü nəticədə yol kənarında park vəziyyətində olan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəzanın şiddətindən “Vaz 2106” bir neçə dəfə aşıb. Hadisə zamanı yolu keçən piyada isə qəzadan son anda xilas olub. Avtomobillərə maddi ziyan dəyib. Müşahidə kameralarında qeydə alınmış görüntüləri təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













