Yolu keçmək istəyən ana və uşağını maşın vurdu - Bakıda

Bakıda yolu keçmək istəyən ana və uşağını yük maşını vurub. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-a daxil olan məlumata görə, hadisə ötən gün günorta saatlarında Xətai rayonunda Naxçıvanski dairəsinə yaxın olan SOCAR yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.
Məlumata görə, "KaMAZ" markalı yük maşını azyaşlı uşağı ilə yolu keçmək istəyən 31 yaşlı Kəmalə Həsənovanı vurub. Hadisə zamanı Kəmalə Həsənova ağır bədən xəsarətləri alıb, uşaq isə zərər çəkməyib. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlər onun kəllə beyin travması aldığını bildiriblər. Hazırda travmatologiya şöbəsində müalicə alan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində hadisəni törədən sürücünün ifadəsi alınıb.
Qəza ilə əlaqədar təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












