Yolu keçmək istəyən qadını avtomobil vurub - Bakıda
Qəzalar
12 Oktyabr 2017 10:03
Oxunub 842
Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib
Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR