Yolu kəsib qoçuluq edən sürücünün cavabı belə verildi - ağır QƏZA - VİDEO
Qəzalar 9 İyun 2021 13:00 Oxunub 24518
Yolu kəsib qoçuluq edən sürücünün cavabı belə verildi - ağır QƏZA   - VİDEO


“TIR” terrorizmi, yoxsa "yekəxanalığ"ın sonumu? Türkiyədə yaşanan qəza böyük səs-küyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, yolda hərəkətdə olan “TIR”-ın sürücüsü ona yol verməyən minik maşının sürücüsü ilə insident yaşayıb. Belə ki, sol zolaqda yolu zəbt edib öz istədiyi kimi avtomobili idarə edən sürücü ondan yol istəyən “TIR” sürücsünə yol vermir. Bu azmış kimi sağdan ötmək istəyən “TIR”-ın önünə keçərək yenə də ona menəçilik törədir. Olanları anbaan kameraya çəkən “TIR” sürücüsü ona yol verməyən şəxsin hərəkətini qınayaraq qəzəblənir. Hadisənin davamı minik avtomobili üçün heç də yaxşı bitmir. Bu dəfə “TIR” sağ zolaqdan hərəkətinə davam edir və onun arxasınca gələn minik avtomobilinə yol vermir. Lakin “yekəxanalığ”ından əl çəkməyən avtomobil sürücüsü yoluna sol zolaqda davam etmək əvəzinə yenə də “TIR”-ı sağdan ötməyə çaılışır. Sonda təngə gələn “TIR” sürücüsü onu sıxışdıraraq yoldan çıxıb qəzaya düşməsinə səbəb olur. 
Türk mediyasında bu hadisəyə “TIR” terrorizmi deyən də olub, minik avtomobilinin bu sona layiq olduğunu düşünən də.

Aysel


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh