Yolun ortasında peyda olan təkər qəzaya səbəb oldu – “BMW” aşdı - VİDEO
Qəzalar
26 Aprel 2022 21:16
Oxunub 2016

Magistral yolda baş verən qəza görüntüləri sosial şəbəkələrdən birində yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə qeydiyyat kamerasında lentə alınıb. Belə ki, hərəkətdə olan yük avtomobillərinin birindən düşən təkər nəqliyyat iştirakçılarına çətin anlar yaşadıb. Qəzadan yayına bilməyən “BMW x5” markalı avtomobilin sürücüsü isə qəzaya uğrayıb. Avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb.
Görüntüləri təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













