Yoxa çıxan təyyarənin bütün ekipaj üzvlərinin meyiti tapılıb - Rusiyada

Rusiyanın İrkutsk vilayətində qəzaya uğramış İl-76 təyyarəsinin bütün ekipaj üzvlərinin meyiti tapılıb. Avtosfer.az RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Sibir Regional Mərkəzinin rəisi Sergey Didenko bildirib ki, bütün gecə aparılan axtarışlar nəticəsində daha 2 heyət üzvünün meyiti tapılıb, beləliklə heyət üzvlərinin hamısının meyitləri aşkar edilib. Hazırda hadisə yerində məhkəmə-tibbi ekspertiza işləyir. Əvvəlcə meyitlərin İrkutsk şəhərinə, sonra isə Sankt-Peterburqa aparılması planlaşdırılır. Xatırladaq ki, FHN-ə məxsus İl-76 təyyarəsi iyulun 1-də meşə yanğınlarının söndürülməsi zamanı yoxa çıxıb. Göyərtəsində 10 nəfər olan təyyarənin qalıqları iyulun 3-də dağın ətəyində aşkarlanıb.
Qeyd edək ki, ərazidə meşə yanğınları davam edir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












