Yoxa çıxan təyyarənin qalıqları tapıldı - İrkutskda

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan, FHN-ə məxsus "İl - 76" təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb. Avtosfer.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bölgə hökumətindən bildirilib. "Təyyarənin arxa hissəsi və digər fraqmentləri aşkarlanıb", - deyə mənbə bildirib.
Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: "Saat 2 radələrində (Bakı vaxtilə 3 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan "İl - 76" təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb".
Qeyd edək ki, həmin təyyarə meşə yanğınlarının söndürülməsində iştirak edib. Onunla əlaqə iyulun 1-də səhər saatlarında itib. Qəzanın səbəbləri hələlik məlum deyil.
Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












