Yük avtomobili minik maşını ilə toqquşdu: ölən var - Bakı-Quba yolunda

Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Müseyibov Fərid Cahangir oğlu hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












