Yük avtomobili tunelin divarına çırpıldı - VİDEO
Qəzalar
16 Oktyabr 2024 10:15

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəsi yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.
Oxunub : 878
DİGƏR XƏBƏRLƏR
24 Oktyabr 2026 23:30
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
23 Oktyabr 2026 16:33
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
23 Oktyabr 2026 15:11
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
22 Oktyabr 2026 18:18
Gəncədə ağır qəza: Üç yaralı
22 Oktyabr 2026 14:00
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
22 Oktyabr 2026 12:48
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
22 Oktyabr 2026 10:54
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
22 Oktyabr 2026 10:00
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
21 Oktyabr 2026 18:00
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
20 Oktyabr 2026 21:39
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
20 Oktyabr 2026 16:48
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
20 Oktyabr 2026 11:41
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ












